İQTİSADİYYAT


Xərclərin gəlirlərdən hansı hallarda çıxılmasına icazə verilir?

Xərclərin gəlirlərdən hansı hallarda çıxılmasına icazə verilir?

Bakı, 5 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsinin 108-ci maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasına icazə verir. Lakin bəzi xərclər bu qaydaya əsasən gəlirdən çıxıla bilməz.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, gəlirdən çıxılmayan xərclərdən danışdıqda, ilk növbədə əsas vəsaitlərin alınması və qurulmasına sərf edilən xərcləri qeyd etmək lazımdır. Bu xərclər kapitallaşdırılır və Vergi Məcəlləsində göstərilən normalara əsasən amortizasiya edilir.

İqtisadçı qeyd edib ki, əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xərclərinin gəlirdən çıxılmasına yol verilmir. İstisna olaraq müvafiq icra orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə sərf edilən xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək üzrə xərclər gəlirdən çıxıla bilər.

V.Mirheydərov, həmçinin bildirib ki, Vergi Məcəlləsinə görə, kassa çeki və ya mədaxil qəbz xərcləri təsdiq edən sənəd sayılmır. Bu isə o deməkdir ki, xərc hətta gəlirdən çıxılmayan xərclərə aid edilmədikdə, onun qanunvericilikdə nəzərdə tutulan təsdiqedici sənədləri olmadıqda o, gəlirdən çıxıla bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.