ELM VƏ TƏHSİL
Xərə Zirə adasına kompleks ekspedisiya təşkil olunacaq
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən Bakı və Abşeron arxipelaqı adalarının təbiətinin kompleks öyrənilməsi ilə bağlı Xəzərin Xərə Zirə adasına mayın 22-dən 25-dək 4 günlük elmi ekspedisiya təşkil olunacaq.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, AMEA-nın bir sıra institutlarının (Zoologiya İnstitutu, Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Geologiya və Geofizika İnstitutu, Neft-Qaz İnstitutu) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması departamentinin əməkdaşlarının birgə iştirakı ilə təşkil olunan ekspedisiya Xərə Zirə adasının təbiətinin - flora-fauna, landşaft, vulkanizm, relyef, torpaq örtüyü və s. kompleks tədqiqinə həsr edilib.