Xersona 440-a yaxın mərmi atılıb: ölənlər və yaralananlar var
AzerTAg.az
01.04.2023 [15:07]

Kiyev, 1 aprel, AZƏRTAC
Rusiya ordusu ötən gün Xerson vilayətini 54 dəfə atəşə tutub. Düşmən ağır artilleriya, aviasiya və “Qrad”lardan 439 mərmi atıb.
Bu barədə AZƏRTAC Xerson vilayətinin hərbi administrasiyasının başçısı Aleksandr Prokudinin telegram-kanalına istinadla xəbər verir. Onun sözlərinə görə, işğalçılar Xerson şəhərinə 5 dəfə hücum ediblər. Atılan mərmilərin 27-si şəhərin yaşayış məhəllələrinə, fərdi evlərə və çoxmənzilli binalara düşüb. Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 2 nəfər yaralanıb.
Bundan əlavə, martın 31-də Xerson vilayətinin işğal olunmuş ərazisindən 91 mülki şəxs təxliyə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
07.06.2023 [04:14]
07.06.2023 [01:10]
MULTİMEDİA
06.06.2023 [20:10]
06.06.2023 [18:39]
06.06.2023 [18:34]
06.06.2023 [17:33]
06.06.2023 [23:52]
06.06.2023 [22:11]
06.06.2023 [22:01]
07.06.2023 [02:17]
07.06.2023 [01:55]
06.06.2023 [23:11]
06.06.2023 [18:59]
06.06.2023 [18:38]
06.06.2023 [18:10]
06.06.2023 [20:25]
06.06.2023 [18:39]
06.06.2023 [18:14]
06.06.2023 [13:06]
06.06.2023 [13:01]
06.06.2023 [17:00]
06.06.2023 [16:00]
06.06.2023 [14:30]
06.06.2023 [16:18]
06.06.2023 [15:58]
07.06.2023 [01:19]
07.06.2023 [00:34]
Xəbərin mətnində orfoqrafik səhv var