CƏMİYYƏT


Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs idarə etdiyi avtomobillə birgə yaxalanıb

Bakı, 14 noyabr, AZƏRTAC

Binəqədi və Suraxanı rayonlarında avtomobil oğurlayan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də M.Ətainin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Sadıqov idarə etdiyi “BMW ” markalı avtomobillə birgə yaxalanıb.

Noyabrın 7-də Suraxanı rayonu ərazisindən V.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən V.Ağayev isə rayon polis idarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Hər iki faktla bağlı təhqiqat davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.