MƏDƏNİYYƏT
Xətai Rayon Mərkəzi Kitabxanası oxuculara səyyar xidmət göstərib
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları diyarşünaslıq ədəbiyyatının təbliği məqsədilə oxuculara səyyar xidmət göstəriblər.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları oxuculara ölkəmizin tarixi, şəxsiyyətləri, etnoqrafiyası, mədəniyyəti, milli-mənəvi dəyərləri və inkişaf perspektivləri haqqında kitablar təqdim ediblər.
Diyarşünaslığın təbliği ölkənin hər bir guşəsinin öyrənilməsindən başlayır, çünki vətəni yaxşı tanımadan onu sevmək çətindir. Gənclərin dünyagörüşünün inkişafı və formalaşması üçün onların anadan olduğu diyarın tarixi, maddi-mənəvi sərvətləri, yetişdirdiyi şəxsiyyətlər, onların ictimai fəallığı haqqında məlumatlar verən diyarşünaslıq ədəbiyyatının təbliği böyük əhəmiyyətə malikdir.
Bu istiqamətdə kitabxanalar bütün vasitələrdən istifadə etməli, təbliğatın ən müxtəlif üsulları həyata keçirilməlidir.