MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində “Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Bakı, 18 may, AZƏRTAC

Mayın 22-də Xətai Sənət Mərkəzində “Azərbaycanım” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində gerçəkləşən sərgi uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsası doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə təşkil edilib.

Qeyd edək ki, sözügedən müsabiqəyə uşaqlar əsasən yaşadığı bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarını, o cümlədən hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların obrazlarını təsvir edən əl işləri ilə qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.