MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində “Məndə sığar iki cahan...” adlı sərgi açılacaq

Bakı, 1 oktyabr, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin gənc rəssamları arasında keçirilən “Məndə sığar iki cahan” adlı onlayn rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. “Nəsimi ili” çərçivəsində reallaşacaq sərgi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə reallaşacaq.

Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi mədəni müxtəliflik dəyərləri ideyasının təbliğ edilməsi, MDB məkanında gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə və regional sərgilərin keçirilməsi yolu ilə yaradıcı gənclərin geniş kütləsinə öz yaradıcılıqlarını nümayiş etdirmək imkanının verilməsi, vizual incəsənət və internet imkanlarından istifadə etməklə məşhur Azərbaycan filosofu və şairi İmadəddin Nəsiminin yaradıcılığına diqqətin artırılmasıdır.

“Müsabiqədə iştirak etmək üçün 2000-dən çox iştirakçı öz işini təqdim edib. Onlardan 100 əsər münsiflər heyəti tərəfindən müsabiqənin yekunlarına həsr olunmuş sərgidə nümayiş etdirilmək üçün seçilib. Münsiflər heyətinin seçiminə əsasən, müsabiqənin 4 nominasiya üzrə (rəngkarlıq, qrafika, heykəltəraşlıq; foto; kompüter qrafikası; installyasiya) qalibləri də müəyyən edilib. Qaliblər oktyabrın 3-də Bakı Xətai Sənət Mərkəzində açılacaq sərgi çərçivəsində mükafatlandırılacaq”, - deyə Z.Əvəzov söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.