MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində “Qəlbimin palitrası” adlı rəsm sərgisi açılacaq

Bakı, 1 oktyabr, AZƏRTAC 

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.

Oktyabrın 6-da saat 12:00-da Xətai Sənət Mərkəzində reallaşacaq tədbirin pandemiya səbəbindən müəyyən qaydalara əməl etməklə keçirilməsi nəzərdə tutulur. Tədbirə giriş qeydiyyatladır.

Tədbirdə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümünə daxil olub və ya birbaşa https://xsm.az/site/telmanabbasov/ linkində “Qəlbimin palitrası” afişasına toxunmaqla, özü haqqında qısa məlumatı (ad, soyad, əlaqə nömrəsi və e-mail adresi) yerləşdirməklə qeydiyyatdan keçə bilərlər.

Telman Abbasovun şeirlər kitabını müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq, həmçinin rəssamın bir əsərinə sahib olmaq üçün şans biletini əldə etmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.

Sərgi 3 gün davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.