MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində Ulu Öndərin xatirəsinə həsr edilmiş sərgi açılıb

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Xətai Sənət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Xətai Sənət Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb. Sərgidə “Heydər Əliyev və gənclik”, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” və digər mövzularda rəsm əsərləri nümayiş edilir.

Sərgi çərçivəsində 15-dək ASAN könüllüsünün əl işi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.