MƏDƏNİYYƏT
Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı sərgi açılıb
Bakı, 4 mart, AZƏRTAC
Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Sərgi ölkəmizin yaradıcı gənclərin tanınmasına və əl işlərinin nümayişinə dəstək olmaq məqsədi daşıyır.
Sərgidə müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən, rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən əsərlər nümayiş olunur.
Ekspozisiyada 50-dən artıq gəncin əl işi və rəsmləri sərgilənir.
Sərgidə, həmçinin Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “Hanbok” da nümayiş olunur. Qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkənin mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış ola biliblər.
Sərgi çərçivəsində gənc ifaçılar royal və skripkada müxtəlif musiqi nömrələri ifa edib. Layihənin rəhbəri Nigar Yusupovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]