Xətai Sənət Mərkəzində akvarel texnikası üzrə ustad dərsi
AzerTAg.az
Bakı, 27 noyabr, AZƏRTAC
Xətai Sənət Mərkəzində “IWS Azerbaijan” və “IWS Khatai Art Center”in təşkilatçılığı ilə akvarelçi rəssam Pərviz Əliyevin akvarel texnikası üzrə ustad dərsi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ustad dərsində “Materiallar və alətlər haqqında ümumi məlumat”, “Süjet seçimi və kompozisiyanın qurulma əsasları”, “Rəng-ton analizi və onun kompozisiya ilə əlaqəsi”, “İşin mərhələlərə bölünməsi”, “İşin həcmi-fəza həllində akvarelin rəsm texnikasının seçimi və əhəmiyyəti”, “İşin detallaşdırılma səviyyəsi və tamamlanması” kimi mövzular nəzərdən keçirilib.
Rəssamın ödənişsiz təqdim etdiyi ustad dərsində müxtəlif yaş qruplarından və peşə sahiblərindən ibarət 40-a yaxın izləyici iştirak edib.
Tədbir izləyicilərdə xoş təəssürat yaradıb.












Xəbərin mətnində orfoqrafik səhv var