MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində elan olunan respublika yaradıcılıq rəsm müsabiqəsi davam edir

Bakı, 4 noyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan edilən növbəti müsabiqə - “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi davam edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqə realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunur.

Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər ad və soyad, doğum tarixi, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” +994 51 310 74 01 nömrəsinə göndərməklə iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.