MƏDƏNİYYƏT
Xətai Sənət Mərkəzində etüdçü rəssamların əsərləri sərgilənir
Bakı, 1 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsinin qalibləri növbəti dəfə Şamaxıda olublar. Səfər zamanı iştirakçılar rayonun Avaxıl kəndində sənətsevərlərlə görüşüblər. Etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman ölkəmizin dilbər guşələrindən olan Şamaxının təbiətini tabloya köçürüblər.
AZƏRTAC xəbər verir ki, Bakı Xətai Sənət Mərkəzində etüd turu çərçivəsində portretləşdirilən bütün sənət əsərlərinin nümayiş olunduğu rəsm sərgisi açılıb. Sərgidə Əməkdar Rəssam Azərelli Asif və tanınmış rəssamlar İslam İsrafilov, Raul Hüseynov, Şahin Quliyev, Bəxtiyar Yusifov, Ramil Məmmədov və Cavid Məmmədovun 30-dək əsəri nümayiş olunur.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə elan olunan “Vətənin tərənnümü” etüd müsabiqəsi Bakı Xətai Sənət Mərkəzində təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]