MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq

Bakı, 14 mart, AZƏRTAC

Martın 18-19-da Xətai Sənət Mərkəzində “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 700-ə yaxın uşaq 1800-dən çox əsərlə müraciət edib. Təqdim olunan əsərlər içərisindən 12 yaşa qədər uşağın 150 işi, 12-17 yaşarası 130-a yaxın uşağın isə 140 sənət əsəri seçilib. Sərgidə nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi “Azərbaycanım” uşaq rəsm festivalında iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.