MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində uşaqların yaradıcılıq studiyası fəaliyyətə başlayıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində Uşaq Rəsm Yaradıcılıq Studiyası yeni dərs ilini açıq elan edib.

AZƏRTAC xəbər verir ki, 6 yaşından başlayaraq hər bir uşaq dərslərdə iştirak edə bilər. Dərslər həftənin 5 iş günü saat 10.00-da 18.00-dək, şənbə və bazar günləri isə saat 10.00-dan 15.00-dək davam edəcək. Azyaşlının iştirak edə biləcəyi yaradıcılıq studiyasında uşaqlar sənət dünyasının gözəllikləri ilə yaxından tanış olmaqla yanaşı, incəsənətin bütün janrlarını mənimsəmə imkanı əldə edə biləcəklər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn yaradıcılıq studiyası uşaqların bədii zövqünün formalaşdırılması və onlarda incəsənətə marağın artırılması məqsədilə yaradılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.