CƏMİYYƏT
Xətai rayonu ərazisindən “Volkswagen” markalı avtomobil qaçırılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Mehdiyev dekabrın 9-da “Volkswagen” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin Ağdaş rayonu ərazisindəki stasionar postunda saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini Q.Əliyev avtomobillə birgə Rayon Polis Şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.