QAN YADDAŞI


Xətai rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının, Heydər Əliyev adına liseyin və 171 saylı məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, 171 saylı məktəbin direktoru Zemfira Məsiyeva, Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışlarında bildiriblər ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərib. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb olub.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların müəyyən edilib aşkara çıxarılmasını diqqətdə saxlayıb və bunun nəticəsində həqiqətlər üzə çıxıb. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, Azərbaycan qalib ölkə kimi dünyada əsl söz sahibidir.

Sonra məktəblilərin ifasında bəşəriyyət və insanlıq əleyhinə ən qanlı terror aktına həsr olunmuş şeirlərin və mahnıların təqdim edilməsi, səhnəciklərin göstərilməsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.