İQTİSADİYYAT


Xətai rayonunda 4 küçə təmir olunub VİDEO

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən Xətai rayonunda təmirə ehtiyacı olan 22,8 kilometr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xətai rayonunun Qaçaq Nəbi, Məzahir Rüstəmov, Xudu Məmmədov, N.Tusi, S.Ə.Şirvani, İnqlab İsmayılov, General Ə.Şıxlinski, Admiral Naximov, Yavər Əliyev, Musazadə, Sovxoz, R.Bağırov, Qafaqaz, İ.Həbibov, A.Novruzov və Zeytun küçələrinin təmiri istiqamətində artıq bir-neçə küçədə yenidənqurma işləri yekunlaşdırılıb.

Təmir-tikinti işləri çərçivəsində Xətai rayonu üzrə 700 metr uzunluğa malik Qaçaq Nəbi, 1400 metr uzunluğunda olan Məzahir Rüstəmov, 1100 metrlik Seyid əzim Şirvani və 600 metr uzunluğu olan Yavər Əliyev küçələri yenidən qurulub.

Küçəboyu mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.

Bundan başqa, təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi verilib.

Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrdən hesab olunan, nəqliyyat axınına müsbət təsir edən, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyətə malik İnqilab İsmayılov, həmçinin Admiral Naximov küçələrində yenidənqurma işlər davam etdirilir. İnqilab İsmayılov küçəsinin uzunluğu 4100 metr, Admiral Naximov küçəsinin uzunluğu isə 2800 metr təşkil edir.

Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.