CƏMİYYƏT


Xətai rayonunda 81 minə yaxın sakin tibbi müayinədən keçib

Bakı, 19 aprel, AZƏRTAC

Ölkə Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri davam edir. Fevralın 10-dan başlayan aksiya paytaxtın Xətai rayonunda da mütəşəkkil qaydada gedir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, indiyə qədər 80,6 min nəfərdən çox sakin müayinədən keçib, onlardan 8,2 min nəfəri ambulator, 361 nəfər stasionar müalicəyə cəlb edilib.

Rayon sakinləri rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ tibbi müayinələrdən keçirlər. Xəstəxana və poliklinikalarda həkimlərdən ibarət səyyar briqadalar əvvəlcədən tərtib olunmuş qrafikə əsasən idarə və təşkilatlarda, məktəblərdə olur, həmçinin müayinə olunmağa gələ bilməyən yaşlı və qocalara, eləcə də yataq xəstələrinə evlərində xidmət göstərirlər.

Müayinə tədbirləri mayın 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.