CƏMİYYƏT
Xətai rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Vətən müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun anım günü ilə əlaqədar qəhrəmanın xatirə lövhəsi və İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Əliyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhidin atası Mürvət Əsgərov və başqaları çıxıb ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən torpaqlarımızın azad olunmasında şəhidlərimizin göstərdiyi şücaətdən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı bildirilib.
Şəhidin ailə üzvləri, döyüş yoldaşları, yaxınları çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.