CƏMİYYƏT


Xətai rayonunda ağacların qurumasının səbəbi araşdırılır

Bakı, 18 oktyabr, AZƏRTAC

Paytaxtın Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində ağacların quruması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı “RS Construction” MMC tərəfindən ərazidə tikinti işlərinin aparıldığı və tikintinin ətrafına çəkilmiş hasarın daxilində və kənarındakı bir neçə şam ağacının bioloji inkişafdan dayandığı məlum olub. Ağacların qurumasının səbəbini müəyyən etmək məqsədilə qurumuş ağacların dibindən torpaq nümunəsi götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib.

Xidmət rəsmisi onu da qeyd edib ki, bir müddət əvvəl “RS Construction” MMC-yə həmin ərazidən ağacları qanunsuz köçürdüyünə görə nazirlik tərəfindən akt, protokol tərtib olunub, cərimələnməsi üçün toplanmış sənədlər Xətai rayon Məhkəməsinə göndərilib və şirkət 15 min manat məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.