CƏMİYYƏT


Xətai rayonunda ağacların xəstəlik nəticəsində quruduğu məlum olub

Bakı, 9 avqust, AZƏRTAC

Paytaxtın Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, “Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağaclarının qurudulması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib və ağacların kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruduğu müəyyən olunub.

V.Cavadov bildirib ki, qurumuş ağacların əvəzinə payız mövsümündə yeni ağaclar əkiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.