CƏMİYYƏT


Xətai rayonunda avtomobil oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Bakı, 13 mart, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonunun M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.