CƏMİYYƏT
Xətai rayonunda azyaşlını vurub hadisə yerindən qaçan sürücü saxlanılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 13-də Bakı şəhər sakini 5 yaşlı Ləmanın Xətai rayonunun Məhəmməd Hadi küçəsində naməlum avtomobillə vurulması və uşağın ayaq nahiyəsindən xəsarət alması barədə 34-cü polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisənin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Abidi Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]