CƏMİYYƏT


Xətai rayonunda baş verən yanğınla əlaqədar müraciət edənlərə lazımi tibbi yardım göstərilib

Bakı, 15 noyabr, AZƏRTAC

Bakının Xətai rayonu Neapol küçəsində binanın mansardının yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Məlumata görə, 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.