CƏMİYYƏT


Xətai rayonunda çay evindən oğurluq edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 29 aprel, AZƏRTAC

Xətai rayonunda çay evindən oğurluq edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 27-də rayon ərazisindəki çay evlərinin birindən 8 min manat dəyərində 3 ədəd televizor, 2 ədəd samovar, kondisioner mühərriki, kamera monitoru, yaddaş qurğusu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.