CƏMİYYƏT


Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı, 24 iyul, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın 13-cü mərtəbəsində ümumi sahəsi 116 kvadratmetr olan mənzildə bir ədəd yataq dəsti yanıb. Yüksək temperaturdan bir ədəd kondisioner və bir ədəd televizor əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.