CƏMİYYƏT
Xətai rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulublar

Bakı, 19 may, AZƏRTAC
Xətai rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan ana və qızı tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 17-də rayon ərazisindəki evlərin birindən 4000 manat məbləğində pul və 6400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Hacıyeva və qızı L.Hacızadə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]