CƏMİYYƏT


Xətai rayonunda keçirilən iməcilikdə 400 ağac əkilib

Bakı, 25 noyabr, AZƏRTAC

Xətai rayon ərazisində ağac əkməklə ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferi oksigenlə zənginləşdirmək və yaşıllıqların qorunması məqsədilə növbəti iməcilik keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, iməcilik Cavanşir küçəsi 6, Şıxlinski küçəsi 59, N.Tusi küçəsi 6, İ.İsmayılov küçəsi 44-46, Zığ yolu 5v-7v, Nobel prospekti 7, Qaçaq Nəbi küçəsi 5-7-9, Aşıq Ələsgər küçəsi 6, Gəncə prospekti 105 və A.Rəhimov küçəsi 15 ünvanlarında təşkil olunub.

Ümumilikdə 200 nəfərin iştirak etdiyi iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, 400 ədəd müxtəlif növ ağac əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.