MƏDƏNİYYƏT


Xətai rayonunda kitab bayramı keçirilir

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilən kitab sərgi-yarmarkaları təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi-yarmarkalar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası və Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə reallaşıb.

Rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən sərgi-yarmarkaların əsas məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılması, maarifləndirilməsi və kitabların təbliğinə nail olmaqdır. Builki sərgi-yarmarkada 30-dək nəşriyyat və poliqrafiya evi çap məhsullarını nümayiş etdirir. Bir gün davam edəcək yarmarkalarda hər kəs müxtəlif növ kitabları güzəştli qiymətlərlə əldə edə bilər.

Sonra qonaqlar sərgi-yarmarkalarla yaxından tanış olublar.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.