CƏMİYYƏT
Xətai rayonunda mağazadan oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini yaxalanıb
Bakı, 20 may, AZƏRTAC
Bakıda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 5-də Xətai rayonu ərazisindəki mağazaların birindən 235 manat məbləğində pul, 2 min manat dəyərində planşet, müşahidə kamerası və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev rayon polis idarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı təhqiqat aparılır.