Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın baş verib
AzerTAg.az
Bakı, 3 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada (taxta konstruksiyalardan ibarət) yanğın baş verib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın bir hissəsinin dam örtüyü yanıb. Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.
Alov Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.

Xəbərin mətnində orfoqrafik səhv var