CƏMİYYƏT


Xətai rayonunda narkomanlığın fəsadlarına dair treninq keçirilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış birgə Tədbirlər Planı çərçivəsində Xətai rayonunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqlarına narkomanlığın fəsadlarına dair treninq keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.

Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri mövzu ətrafında çıxış edərək narkotik vasitələrin insan orqanizminə təsiri və narkomaniyanın doğurduğu faciələr barədə ətraflı məlumat verərək tövsiyələrini bildiriblər.

Treninqdə iştirakçılara Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.