CƏMİYYƏT
Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum tutulub
Bakı, 12 iyul, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Orucov Xətai Rayon Polis İdarəsi 36-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 425 qram heroin, metamfetamin və narkotik vasitəni satarkən istifadə etdiyi 6 bank kartı götürülüb.
Faktla bağlı araşdırma aparılır.