CƏMİYYƏT


Xətai rayonunda oğurluq edən keçmiş məhkum tutulub

Bakı, 26 oktyabr, AZƏRTAC

Xətai rayonu ərazisindəki ofislərin birindən 3280 manat dəyərində noutbuk, modem və iki fotoaparat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəbiyev Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan tədbirlərlə onun oktyabr ayı ərzində müxtəlif vaxtlarda paytaxtın Nizami və Suraxanı rayonları ərazisində daha bir kafedən planşet, bir mağazadan 1800 manat məbləğində pul və 700 manat dəyərində qızıl-zinət əşyaları, digər mağazadan pul və planşet oğurlaması da müəyyən olunub.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.