CƏMİYYƏT


Xətai rayonunda sərgi: “Narkomaniyaya yox deyək!”

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının, partiyanın Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu bildirib. Ölkəmizdə narkomaniyaya qarşı sistemli mübarizə aparıldığını deyən V.Rəhimzadə bütövlükdə cəmiyyətimiz bu mübarizədə fəal iştirak etməli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sərginin təşkil olunması narkomaniyanın fəsadlarını xüsusilə gənclərə çatdırmaqdan ibarətdir. Qeyd edilib ki, Xətai rayonu ərazisində fəaliyyət göstərən məktəblərin şagirdləri tərəfindən bu mövzuda 100-ə yaxın rəsm əsəri YAP Xətai rayon təşkilatına təqdim olunub. Onlardan 40 rəsm əsəri seçilərək sərgiyə çıxarılıb. YAP Xətai rayon təşkilatının sədri belə tədbirlərin davamlı olaraq keçirilməsinin zəruriliyini vurğulayıb.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir. E

Daha sonra tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış ediblər. Bildirilib ki, narkomaniya insan həyatı, eləcə də bəşəriyyət üçün böyük fəsadlar yaradan ən ağrılı problemlərdən biridir. Qorxunc təhlükə olan narkomaniya heç bir sərhəd tanımır, qlobal xarakter daşıyır. Buna görə də bu bəlaya qarşı mübarizədə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Vurğulanıb ki, tədbirin əsas məqsədi bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdən ibarətdir.

Sonda rəsm əsərlərinin müəllifi olan məktəblilərə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.