CƏMİYYƏT


Xətai rayonunda sürücü avtomobili idarə edərkən azyaşlı bacısı oğlunu vurub

Bakı, 10 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi Xətai rayonunda baş vermiş və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 9-da saat 15 radələrində Xətai rayonu ərazisində V.Əliyev “BMW” markalı avtomobili idarə edərkən bacısı oğlu bir yaşlı Ziya Məmmədovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.