CƏMİYYƏT


Xətai rayonunda yerləşən “Dəmirçi Plaza”da yanğın-taktiki təlim keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə paytaxtın Xətai rayonunda yerləşən “Dəmirçi Plaza”da yanğın-taktiki təlim keçirilib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğınların söndürülməsi və yanğın zamanı təxliyənin təşkili üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə müəssisə əməkdaşlarının yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı şərti olaraq baş vermiş yanğınla əlaqədar “hadisə yerinə” operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən “yanğın” qısa müddətdə “söndürülüb” və “zərərçəkmişlərin” təxliyəsi həyata keçirilib. Həmçinin “Dəmirçi Plaza”nın aidiyyəti heyəti yanğınlar zamanı ilkin zəruri davranış qaydaları, o cümlədən təxliyənin təşkili barədə ətraflı məlumatlandırılıb.

Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.