İQTİSADİYYAT


Xətai rayonunun qaz təchizatında məhdudiyyət olacaq

Bakı, 9 iyul, AZƏRTAC

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni çəkilmiş diametri 400 və 325 millimetrlik qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar iyulun 10-da saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun Gəncə və Babək prospektləri, eləcə də S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.