İQTİSADİYYAT


Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı, 15 yanvar, AZƏRTAC

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylayıcı Stansiyadan qidalanan orta təzyiqli qaz kəmərinin istismara yararsız hissəsinin yeni çəkilmiş diametri 400 millimetrlik polietilen qaz kəməri ilə əvəz olunması ilə əlaqədar yanvarın 16-da saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun H.Aslanov, NZS qəsəbələri və K.Kərimov, D.Səfərov, M.Davud küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.