İQTİSADİYYAT


Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yaranıb

Bakı, 20 noyabr, AZƏRTAC

Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühüm addımlar atılır, yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür. Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 millimetr olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək. Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.