CƏMİYYƏT


Xətai və Binəqədi rayonlarında mağazalardan oğurluq edən şəxslər tutulublar

Bakı, 13 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayondakı mağazaların birindən 2 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 18-də rayondakı evlərin birindən 950 manat oğurlaması da aşkarlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları isə sentyabrın 7-nə keçən gecə Hökməli qəsəbəsindəki mağazaların birindən 200 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovu yaxalayıblar.

Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.