CƏMİYYƏT


Xətai və Nəsimi rayonlarında avtomobil oğurlamaqda şübhəli bilinən şəxslər polis tərəfindən saxlanıblar

Bakı, 15 avqust, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxslər saxlanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 14-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini F.Novruzova məxsus “Lexus” markalı avtomobil qaçırılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş F.Novruzovun oğlu Qobustan rayonunda saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də Bakı şəhər sakini Z.Alxosova məxsus “VAZ-2103” markalı avtomobili oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Namazov yaxalanıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə isə avqustun 13-də Bakı şəhər sakini T.Əliyevaya məxsus avtomobildən beş min ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini E.Hüseynov tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.