CƏMİYYƏT


Xətaidə sentyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri, Məhəmməd Hadi küçəsi, Gəncə prospekti və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, saxlanılanların bir neçəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün əvvəllər məhkum olunublar. Həmin şəxslərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri onlayn yolla şəxsi istifadələri ilə yanaşı, Xətai rayonu ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb.

Ümumiyyətlə sentyabr ayı ərzində Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb və onlar barəsində cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.