MƏDƏNİYYƏT


Xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş növbəti kitabın təqdimatı olub

Bakı, 15 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) informasiya dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyində Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatı olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri ədəbiyyatşünas-tənqidçi, AYB-nin üzvü Əsəd Cahangir açaraq Musa Nağıyevin xidmətlərindən, onun Azərbaycan xalqına sonsuz sevgisindən danışıb.

Təqdimat mərasimində Milli Məclisin deputatı, professor Elman Nəsirov, kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı, Xalq artisti Ofeliya Sənani, hüquq elmləri doktoru, professor Yəhya Əliyev, yazar Fəxrəddin Meydanlı, Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Rizvan Şükürov və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.

Sonda kitabın müəllifi Dilarə Ağamusa Nağıyeva-Muxtarova tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirərək Musa Nağıyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.

Qeyd edək ki, bu nəşr xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş sayca 7-ci kitabdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.