ELM VƏ TƏHSİL


“Xəzana tərif” şeirlər kitabı türkiyəli oxuculara təqdim ediləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-dən 15-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Türkiyənin bir sıra universitetlərində görüşlər keçirəcəklər.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşlər martın 11-də Erciyez Universitetində, martın 12-də Niğde Ömer Halisdemir Universitetində, martın 13-də Nevşehir Hacı Bektaşi Veli Universitetində, martın 14-də Kapadokya Universitetində, martın 15-də isə Kahramanmaraş Sütçü İmam Universitetində təşkil olunacaq. Həmin universitetlərdə Hamlet İsaxanlının İstanbulda yeni çapdan çıxmış “Xəzana tərif” (“Hazana övgü”) şeirlər kitabının imza günü keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.