ELM VƏ TƏHSİL


“Xəzana tərif” şeirlər kitabı türkiyəli oxuculara təqdim edilib

Bakı, 12 mart, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının İstanbulda ikinci dəfə nəşr edilən “Xəzana tərif” (“Hazana övgü”) şeirlər kitabının Erciyes Universitetində təqdimat mərasimi keçirilib.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Erciyes Universitetinin professoru Sevinc Üçgül Hamlet İsaxanlının həyat və yaradıcılığı haqqında məlumat verib. Kitabın tərcüməçisi, şair-yazar İmdat Avşar Hamlet İsaxanlının şeirlərinin türk oxucuları üçün özəlliyindən bəhs edib.

Tədbirdə Hamlet İsaxanlının sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Ədəbiyyat fakültəsinin tələbələri onun seçmə şeirlərini söyləyiblər. Sonra Hamlet İsaxanlı şeirlərini oxuyub, müəllimlərin və tələbələrin suallarını cavablandırıb və öz imzası ilə kitablarını oxuculara təqdim edib.

Qeyd edək ki, Hamlet İsaxanlının Niğde Ömer Halisdemir Universitetində görüşü və imza günü keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.