İQTİSADİYYAT


Xəzər Dəniz Gəmiçiliyində profilaktik tədbirlər davam etdirilir

Bakı, 21 iyul, AZƏRTAC

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Naxçıvan”, “Bəstəkar Qara Qarayev”, “Akademik Həsən Əliyev”, “Akademik Zərifə Əliyeva”, “Bəstəkar Fikrət Əmirov”, “Dağıstan”, “Akademik Topçubaşov”, “PSK-33”, “Stvor”, “Şimal-59”, “General Əsədov”, “Üfüq” gəmilərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.