İQTİSADİYYAT
Xəzər İnnovasiya Konfransı "Huawei" ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir
Bakı, 5 dekabr, AZƏRTAC
Xəzər İnnovasiya Konfransı "Huawei" ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir.
AZƏRTAC xəbər verir ki, bu barədə "Huawei" şirkətinin vitse-prezidenti Qriqori Foks "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransında deyib.
O bildirib ki, Xəzər İnnovasiya Konfransı İKT sahəsi ilə bağlı vacib müzakirələrin aparılması üçün mühüm platformadır. "Huawei" şirkəti artıq 16 ildir Azərbaycanda fəaliyyət göstərir və burada 130 işçisi var.
5G xidmətlərinin tətbiqindən söz açan Q.Foks qeyd edib ki, 2020-ci ilədək dünya əhalisinin 4,1 milyardı LTE xidmətlərindən istifadə edəcək. Həmçinin ehtimallara görə 2021-ci ildə 5G xidmətlərindən istifadə edənlərin sayı 740 milyona çatacaq. Hazırda 66 ölkədə bu xidmət test edilir.