İDMAN


“Xəzər-Lənkəran”ın məşqçilər korpusunda dəyişiklik olmuşdur

Bakı, 25 iyun (AZƏRTAC). “Xəzər-Lənkəran” futbol klubunun məşqçilər korpusunda dəyişiklik olmuşdur.

Klubdan AZƏRTAC-a bildirmişlər ki, yeni vəzifə bölgüsünə əsasən, qapıçılar üzrə məşqçi vəzifəsində işləyən Hafiz Əliyev növbəti mövsümdən U-19 komandasını çalışdıracaqdır. Emin Quliyev isə U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsinə təyin edilmişdir.

Ötən mövsüm U-19 komandasının baş məşqçisi olmuş Məhərrəm Bağırzadə isə fəaliyyətini akademiyada davam etdirəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.